Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Biləsuvarda gölə flaminqolar enib - FOTO

Biləsuvarda gölə flaminqolar enib - FOTO

Date: 15 October 2016 22:57

Biləsuvar rayonu ərazisindəki Mahmudçala gölünün faunasını zənginləşdirən flaminqolar vaxtından əvvəl gölə miqrasiya ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, flaminqolar Ələt-Astara magistral yolunun kənarında yerləşən gölün mənzərəsinə əlavə rəng qatıb. Yoldan keçənlər bu mənzərəni görüb ayaq saxlayır, təbiət gözəlliyini seyr edirlər.

Qeyd edək ki, ölkəmizdə qızılqaz kimi tanınan flaminqolar "Qırmızı kitab"a düşüb. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılıblar.

Milli.Az





Tags:  Biləsuvarda gölə flaminqolar enib FOTO

RƏYLƏR


Top news