Çox qəribə boşanma adətləri

Çox qəribə boşanma adətləri
23:12 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bəzi insanların həyatında bir məqam vardır,hansı ki, gözlər yol çəkər, ürək göynəyər, vücudlar bir-birini tərk edər."Boşanmaq" adlandırdığımız bu an çoxlarını göz yaşınada boğar.Amma mən bu gün sizlərlə bu haqda bölüşərkən üzünüzdə gülüş yaranacaq.

Milli.Az bizimyol.biz-ə istinadən bildirir ki, Türkiyədə 8 yaşına çatarkən qızlar hicaba bürünürlər,evləndikdən sonra qadının üzünü heç bir kişi görməməlidir,əks halda boşanılır. Rəvayətə görə xəstəni müalicəyə gələn kişi həkimlər də gözü bağlı gələrdi,kimi müayinə etdiyindən xəbərsiz olurdu ki, xəstəsini boşamasınlar.

İraqda şiə ehkamına görə boşanmağın 2 növü varmış; tam boşanma və sonradan geri götürməyə icazəsi olan boşanma.İkinci halda ər-arvada 1 il muddətinə şans verərdilər.Əgər 1 il ərzində barışmasalar-boşanma qəti sayılardı.Bu zaman kişi "talağ haqqı" ödəyərmiş,onu da qohumlar hər ehtimala qarşı toydan qabaq müəyyənləşdirərdi.

Əfqanıstanda qadın boşanmaq istərsə,onun ikinci dəfə evlənmək hüququ olurdu.Amma 1 şərtlə ki,ikinci həyat yoldaşı biricinin çəkdiyi toy xərcini ödəməliydi.

Yaponyada gülməli hallar boşanmaya gətirib çıxarardı.Yaponlara görə insan yatarkən aldığı vəziyyət onun tərbiyəsindən aslıdır.Yəni,kişi qadınının yatış vəziyyətindən narazıdırsa, boşanacaq.

Gülməli boşanma səbəblərinə İngiltərədə indi də rast gəlinir.Məlumdur ki,evdarlıq qadın işidir.Amma milanlı qadınlar kişilərin ev yığmaq,qab-qacaq yumasından narazı olarsa, boşanmağa qərar verəcək.

Livanda köhnə adətlərin hökm sürdüyü bəzi ailələrdə qadın evdən çıxarkən ərindən icazə almalıdır.Əgər, kişi "get,yenə qayıt" deyərsə,hər şey yaxşıdır demək ki.Yox əgər  "get" deyərsə, son iki kəlməni deməzsə-niyyəti bəllidir deməli.

Madaqasqarda müvəqqəti boşanmalar vardır.Kişi işiylə bağlı uzunmüddətli ezamiyyətə gedərsə, arvad boşanar.Kişi qayıdandan sonra,istərlərsə təntənəli sürətdə nigahı bərpa edərlər.

Hindistanda Manu qanunları qüvvədə olan qədim dövrdə yalnız kişi boşana bilərdi.Lakin 3 halda boşanmaq istəyi sayılmazdı-8 illik evlilikdən sonra övladı doğularsa,ailədə ölü uşaq doğularsa və evliliklərin 11- ci ilində qız uşağı doğularsa...

İndi də müasir Hollivud evliliklərini xatırlayaq.Bu evliliklərdə toylar füsünkar nağılı xatırladır.Amma boşanmalar tez-tez olur.İki insanın xoşbəxtliyi "bal ayı" ilə birgə bitir.Sonra hüquqşunaslar işə girişir,əmlaklar və övladlar bölünür.

Gülməli də olsa, sonradan iki səmimi dosta çevrilən bu cür insanlar yaranır cəmiyyətdə.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/479765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR