ABŞ-dan Türkiyəni aşağılayan addım: gərginlik hərbi müstəviyə keçdi - FOTO

ABŞ-dan Türkiyəni aşağılayan addım: gərginlik hərbi müstəviyə keçdi - FOTO
23:22 15 Oktyabr 2016
111 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə xarici işlər nazirliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin öz Twitter hesabında paylaşdığı fotoya görə qınayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,fotoda Osmanlı imperiyasının bayrağı altında bir qrup əsgərin ölümü təsvir olunub.
 
Birinci berberi müharibəsinə (1801-1805) həsr olunan şəklin altına bu sözlər yazılıb: "Amerikalı dənizçilər cəsur və hazırlıqlıdır".
 
Qeyd edək ki, foto Twitter-də Amerika donanmasının 241 illik yubileyi ilə əlaqədar paylaşılıb.

Türkiyə tərəfi bu olayla bağlı narazılığını ABŞ-ın Ankaradakı səfiri Con Bassın diqqətinə çatdırıb. Bildirilib ki, reproduksiyada Türkiyə bayrağından istifadə edilməsi yolverilməzdir.
 
Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıc da ABŞ hökumət strukturları ilə əlaqə saxlayaraq, narazılığını ifadə edib.

Qeyd edək ki, Birinci berberi müharibəsində (Tripolitan savaşı) ABŞ qoşunları və Osmanılının təbəələri olan Əlcəzair, Tunis, Mərakeş və Liviya sakinləri iştirak edib. Bu müharibədən sonra ABŞ Aralıq dənizində piratlara vergi ödəməmək hüququ əldə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR