İmam Hüseynin (ə) şeirləri

İmam Hüseynin (ə) şeirləri
23:27 15 Oktyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Baqirdən Əhli-Beyt davamçılarına müjdə (02 Aprel 2017 19:12)
14 məsum kimlərə deyilir? (28 Mart 2017 08:37)
Zeydi məzhəbi nədir? (21 Fevral 2017 08:47)

Tarixdən məlumdur ki, məsum imamlar öz həyatları boyunca bəzi şeir parçaları söyləmişlər. Bu şeirlərin bir qismi başqa müəlliflərə aid olmuşdur, yəni imamlar yeri gəldikcə mövzuya uyğun olaraq keçmiş və müasir şairlərin ədəbi irsindən iqtibas etmişlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, bununla yanaşı imamların özləri də şeir qoşmuşlar. Qurani-kərimdə şairlik (o zamankı ərəb mühitinin şəraitinə uyğun olaraq) həssas peşə kimi xatırlanır, bir hissəsi istisna olmaqla şairlərin azğın və günahkar olduqları vurğulanır. Həzrət Mühəmməd Peyğəmbər (s) şeir deməmişdir, çünki bu halda müşriklər Qurani-kərimi onun təbinin məhsulu hesab edə bilərdilər. Yasin surəsində də buna işarə edilib: "Biz ona (Muhəmməd əleyhissəlama) şer öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qurandır" (Yasin, 69).

Lakin məsum imamlar vəhy sahibi olmadıqları üçün, onların şairlikdə ittiham edilmələri təhlükəli deyildi. İmam Əlinin (ə) şeirləri həcmcə daha çox və daha məşhurdur. Hətta o həzrətə aid olan şeir parçalarını "Divani-Əmirəlmöminin" adı altında toplamış və nəşr etmişlər. Doğrudur, həmin kitabdakı şeirlərin bir qisminin İmam Əliyə (ə) aid olması barədə şübhələr vardır. Amma o həzrətin şeir söyləməsi, ən azından, əzizlərini itirərkən mərsiyə deməsi və döyüş meydanında rəcəz (hərbə-zorba şeri) oxuması inkaredilməz həqiqətdir.

Ədəbiyyat böyük təsir gücünə malik faydalı təbliğat üsulu sayılır, ona görə də imamlarımız bunu diqqətdən kənar buraxmamışlar. Dini mənbələrdə bütün imamların dilindən şeir parçaları qeyd edilmişdir. Ən böyük hədis məcmuəsi sayılan "Biharül-ənvar"da bu qəbildən xeyli material mövcuddur. "Biharül-ənvar"dakı məsumlara aid edilən şeirləri toplayaraq ayrıca kitab halına salmışlar. Həmin kitabda Həzrət Fatimə (ə) və 12 imam da daxil olmaqla məsumların 2700 beytdən artıq şeri cəmlənmişdir.

Məsumların ədəbi irsində İmam Hüseynin (ə) şeirləri xüsusi yer tutur. Qeyd edək ki, adıçəkilən kitabda İmam Hüseynin (ə) üst-üstə 221 beyt şeri yer alır. Onları oxuduqca həm İmamın düşüncələrini, fövqəlbəşər zəkasını, gözəl əxlaqını, həm də izlədiyi əqidə yolunu duymaq mümkündür. Xüsusilə, İmamın Kufə yolunda və Kərbəlada söylədiyi şeirlər o həzrətin xütbə və hədislərini mükəmməl şəkildə tamamlayır. Bu məqalədə İmam Hüseynin (ə) şeirlərindən iki nümunə verməklə kifayətlənirik.

Tarix kitablarında qeyd edilib ki, İmam Hüseynin (ə) karvanı Kufəyə sarı gedərkən, yolüstü Sifah adlı mənzildə Kufədən gələn şair Fərəzdəqlə qarşılaşdılar. Fərəzdəq məşhur ərəb şairlərindən idi, özü də Əhli-beytə məhəbbət bəsləyirdi. Bu məhəbbəti Kərbəla faciəsindən sonra da qəlbindən silməmiş, İmam Zeynülabidini (ə) mədh edən gözəl bir qəsidə söyləmiş, bunun üstündə xəlifə tərəfindən həbsə atılmışdı.

İmam Hüseyn (ə) Kufədəki vəziyyət barədə Fərəzdəqdən soruşanda şair heç nəyi gizlətmədən ona cavab verdi: "Kufəlilərin ürəkləri səninlə, qılıncları Bəni-Üməyyə ilədir". İmam bu sözləri eşidəndə buyurdu: "İxtiyar Allahın əlindədir, istədiyini edər. Rəbbimizin hər an üçün bir iradəsi var. İlahi qəza istəyimizə uyğun olanda Allahın verdiyi nemətlərə görə həmd edər, Onun şükrünü yerinə yetirmək üçün Ondan yardım istəyərik. İlahi qəza istəyimizdən uzaq olanda (göstərərik ki) niyyəti təmiz və haqq yolunda möhkəm olanlar Allahın mərhəmətindən uzaq düşməzlər". (Bəzi tarixçilər bu hadisənin başqa mənzildə baş verdiyini və xəbər gətirən şəxsin Fərəzdəq olmadığını da yazırlar).

Daha sonra İmam Hüseyn (ə) bu şeri söylədi (şeirlərin sətri tərcüməsini veririk):

Əgər dünya nəfis və qiymətli sayılırsa,

Allahın mükafatı (cənnət) ondan daha qiymətlidir.

Əgər sərvət toplamağın sonu (öləndə) onu tərk etməkdirsə,

Azad insan buraxıb-gedəcəyi sərvətdən ötrü niyə simiclik etsin?

Əgər ruzilər qabaqcadan təyin edilib bölünübsə,

Bundan ötrü az əlləşib-vuruşmaq daha yaxşıdır.

Əgər bədənlər bir gün ölməkdən ötrü yaradılıbsa,

Allah yolunda qılıncla öldürülmək daha üstündür.

Ey Əhmədin ailə üzvləri, sizə salam olsun!

Hiss edirəm ki, yaxın zamanda mən də sizin səmtə köçəcəyəm!

Rəvayət edirlər ki, aşura gecəsində İmam Hüseyn (ə) qılıncları itiləməklə məşğul olan qaradərili qulam Covnün yanında oturub bu şeri oxumuşdu:

Ey ruzigar, uf sənin kimi dostun əlindən!

Neçə-neçə sübh və şam vaxtlarında

Yoldaşlar və haqq tələb edənlər qətlə yetirildilər.

Ruzigar əvəzlə qane olmaz!

Hər işin sonu cəlal sahibinə (Allaha) doğru qayıdır.

Hər bir canlı mənim getdiyim yolla gedəcək...

Allahın salamı olsun İmam Hüseynə (ə) və onun vəfalı silahdaşlarına...

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Çelsi”dən qələbə, "Mançester Siti” autsayderlə bacarmadı - YENİLƏNİR

30 Aprel 2017 19:17

“Fiorentina” uduzdu, "Milan" səfərdə büdrədi - YENİLƏNİR

30 Aprel 2017 19:17

Şaban ayının əməlləri

30 Aprel 2017 19:17

“Fənərbaxça” son dəqiqədə sevindi - YENİLƏNİR

30 Aprel 2017 19:17

Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlandı

30 Aprel 2017 19:13

Fotoda neçə insan üzü var? - FOTO

30 Aprel 2017 19:12

Trampın ofisindəki qırmızı düymənin sirri: Nüvə silahı, yoxsa kola reklamı? - FOTO

30 Aprel 2017 19:12

Xərçəngi 2 saniyəyə müəyyən edən mikroçip

30 Aprel 2017 19:12

"Bakı Marafonu 2017" maraqlı məqamlarla yadda qalıb

30 Aprel 2017 19:12

Kənan MM-in oğlu Naxçıvan ləhcəsində belə danışdı

30 Aprel 2017 19:06

İstanbulda müəmmalı qətl - Şirkət rəhbəri öldürüldü

30 Aprel 2017 19:05

Hovuz partisinə dərin dekoltedə yollandı - FOTO

30 Aprel 2017 19:05

Hipnoz haqqında qeyri-adi faktlar - Əslində hamımızı aldadırlar...

30 Aprel 2017 19:05

Range Rover Velar: ilk tüninq - FOTO

30 Aprel 2017 19:05

Bakıda mənzildə kişi cəsədi tapıldı

30 Aprel 2017 18:58

Türkiyəli məşhur müğənni Bakıda - FOTO

30 Aprel 2017 18:57

Bakıda mənzildən MEYİT TAPILDI

30 Aprel 2017 18:52

Bakıda mənzildə 38 yaşlı kişinin meyiti tapılıb

30 Aprel 2017 18:52

Daha bir uşaq binadan yıxıldı

30 Aprel 2017 18:52

İslamiada: Futbol millimizin yekun heyəti açıqlandı

30 Aprel 2017 18:49

Yevlaxda silah qumbarası tapıldı

30 Aprel 2017 18:47

104 cüt ayaqqabı oğurladılar - AĞDAŞDA

30 Aprel 2017 18:43

Hikmət Hacıyev: Bakı marafonu həmrəyliyin nümunəsi oldu

30 Aprel 2017 18:43

Marina Le Pen: "Fransa avrodan imtina etməlidir"

30 Aprel 2017 18:42

Çingiz 100 avtomobildən ibarət kortejlə həbsxanaya aparıldı

30 Aprel 2017 18:37

Belaruslu gimnastlar: Bakı bizə bol təəssürat bağışladı

30 Aprel 2017 18:36

Amerikaya turist vizasını necə almaq olar?

30 Aprel 2017 18:36

Prosineçki millidən gedir? - AFFA-dan AÇIQLAMA

30 Aprel 2017 18:32

Yevlaxda silah qumbarası tapılıb

30 Aprel 2017 18:29

Qadın həbsxanasında seksual cinayətlərin ŞOK FAKTLARI

30 Aprel 2017 18:28

Neymar dünyanın ən bahalı futbolçusu ola bilər

30 Aprel 2017 18:19

Bali adasının ən gözəl çimərlikləri - FOTOLAR

30 Aprel 2017 18:18

Aleyna Tilki estetik əməliyyatdan sonra - FOTO

30 Aprel 2017 18:12

"Atletico" 60 illik nəticəsini təkrarladı

30 Aprel 2017 18:12

Neymar bombası "partlayır"

30 Aprel 2017 18:11

Naringinin insanlara xeyri

30 Aprel 2017 18:08

Azərbaycanda nə qədər tələbə var?

30 Aprel 2017 18:05

“Qəbələ” rekordu təkrarladı

30 Aprel 2017 18:04

"Real" çempion olsa, "Malaga" 1 milyon avro qazanacaq

30 Aprel 2017 18:03

Bərdədə piyada yol qəzasında ölüb, sürücü qaçıb

30 Aprel 2017 18:02

Cocuq Mərcanlıda gün ərzində 1 867 qəlpə, 1 ədəd tank əleyhinə mina tapılıb (FOTO)

30 Aprel 2017 18:01

14 oyunluq həsrət başa çatdı – yenə eyni hesabla

30 Aprel 2017 17:59

Facebook-un gəlirləri AÇIQLANDI

30 Aprel 2017 17:57

Pitbul küçədə oynayan uşağı parçaladı - VİDEO

30 Aprel 2017 17:53

AFFA-nın baş katibi: "Prosineçkinin mövsümlərarası fasilədə xarici kluba keçmək ehtimalı yoxdur"

30 Aprel 2017 17:52

Tarixində 52-ci dəfə ölkə çempionu oldu

30 Aprel 2017 17:52

Şəhriyar Məmmədyarov ən güclü oldu

30 Aprel 2017 17:44

Anaları kimi ağlayırlar

30 Aprel 2017 17:44

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..." - FOTOLAR

30 Aprel 2017 17:43

Azərbaycan şou-biznesi İnstagramda - FOTO

30 Aprel 2017 17:37