Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda tənha bank işçisini dostları dəfn etdi

Bakıda tənha bank işçisini dostları dəfn etdi

Date: 15 October 2016 23:37

Dünən Bakının Yasamal rayonu, Mətbuat prospektində sükan arxasında infarkt keçirən sürücü piyadanın ölümünə səbəb olub.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, qəza nəticəsində həyatını ititrən piyada 53 yaşlı Abbasov Fariz Nikolay oğlu olub.

O, açıq kəllə-beyin travması, döş qəfəsinin əzilməsi və sol bud nahiyyesində xəsarətlərlə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Fariz Abbasov Bakıda uzun illər sığorta və bank sektorunda çalışıb. O, daha öncə Beynəlxalq Sığorta Şirkətinin icraçı-direktoru olub.  

Criminal.az saytı xəbər verir ki, mərhum F.Abbasov subay olub. Onun yas mərasimi dostları tərəfindən təşkil olunub. Ailəsi olmayan F.Abbasov tanınmış banklarda yüksək vəsifə sahibi olub. O, sağlığında yazdığı vəsiyyətində var-dövlətinin, mülkünün xeyriyyə işlərinə sərf edilməsini yazıb.

Milli.Az


Tags:  Bakıda tənha bank işçisini dostları dəfn etdi


RƏYLƏR


Top news