Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Gürcüstanda deputatlığa namizədlər narkoloji testdən keçəcəklər

Gürcüstanda deputatlığa namizədlər narkoloji testdən keçəcəklər

"Ermənistana Saakaşvili kimi prezident lazımdır" - Ohanyan (10 Mart 2017 16:12)
Ermənistanda hakim partiyadan deputatlığa namizədlərin tərəfdarları arasında dava düşüb (24 Fevral 2017 13:07)

Tarix: 15 Oktyabr 2016 23:37

Gürcüstanda deputatlığa namizədlər narkoloji yoxlanış testindən keçəcəklər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında dərc olunmuş məlumatda bildirilir.
MSK qeyd edib ki, deputatların narkoloji testdən keçirən və nəticələrini MSK-ya təqdim edən klinikaların əvvəlcədən seçki komissiyası tərəfindən verilən müəyyən icazəsi olmalıdır: "Əgər namizəd narkoloji test yoxlanışından keçməsə və bu yoxlanışdan imtina etsə, onun deputat səlahiyyətləri tanınmayacaq. Həqiqi narkoloji yoxlanış hələ seçilməyən mojaritar namizədlərə də aiddir. Onlar seçkilərdən 7 gün sonra yoxlanış prosedurunu keçməlidirlər. Beləliklə, hazırkı mərhələdə "Gürcü Arzusu"ndan   67, "Vahid Milli Hərəkat" partiyasından 27 və "Gürcüstan Vətənpərvərlər İttifaqı"ndan 6  namizəddən narkoloji yoxlanışından keçmək tələb olunacaq", - deyə MSK-dan bildirilib.
 
Xatırladaq ki, Gürcüstan parlamentinə 150 deputat seçiləcək. MSK-nın ilkin məlumatına görə, proporsional siyahı üzrə parlamentə keçən 77 deputatlığa namizəd və 20 mojaritar deputat narkoloji test yoxlanışından keçəcək. 

Milli.Az


Teqlər:  Gürcüstanda deputatlığa namizədlər narkoloji testdən keçəcəklər



RƏYLƏR


Top xəbərlər