Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lozanna danışıqları başa çatdı

Lozanna danışıqları başa çatdı

Date: 15 October 2016 23:38

Lozannada ABŞ, Rusiya və digər ölkə rəsmilərinin Suriya üzrə danışıqları başa çatıb.

Danışıqlar 4,5 saat davam edib.

Toplantıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura, habelə Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Qətər, İordaniya, Misir, İraqdan olan nazirlər iştirak ediblər.

Görüş iştirakçılarının birgə bəyanatının verilməsi planlaşdırılmır. Məlumata görə, Misirin, İraqın və Qətərin xarici işlər nazirləri artıq toplantının keçirildiyi binanı tərk ediblər. ("Report")


Tags:  Lozanna danışıqları başa çatdı

RƏYLƏR


Top news