Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 43 nəfərə çatıb

ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 43 nəfərə çatıb

Date: 15 October 2016 23:52

Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 43 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.
Məlumata görə, Şimali Karolina ştatının qubernatoru Pet Makrori bildirib ki, su axınları ilə aparılmış avtomobildə 2 nəfərin meyiti tapılıb. Bu ştatda təbii fəlakətdən ölənlərin sayı 26 nəfərə çatıb.
Qeyd edək ki, "Metyu" qasırğası Atlantik okeanında 2007-ci ildən bu günə qeydə alınan ən güclü qasırğadır. Təbii fəlakət Haitidə 470 nəfərin ölümünə səbəb olub.

Tags:  ABŞ-da Metyu qasırğasından ölənlərin sayı 43 nəfərə çatıb

RƏYLƏR


Top news