Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da "Metyu" 43 nəfəri öldürdü

ABŞ-da "Metyu" 43 nəfəri öldürdü

Date: 15 October 2016 23:57

ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 43 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Associated Press" məlumat verib.
Məlumata görə, Şimali Karolina ştatının qubernatoru Pet Makrori bildirib ki, su axınları ilə aparılmış avtomobildə 2 nəfərin meyiti tapılıb. Bu ştatda təbii fəlakətdən ölənlərin sayı 26 nəfərə çatıb.
Qeyd edək ki, "Metyu" qasırğası Atlantik okeanında 2007-ci ildən bu günə qeydə alınan ən güclü qasırğadır. Təbii fəlakət Haitidə 470 nəfərin ölümünə səbəb olub.

Milli.Az


Tags:  ABŞ-da Metyu 43 nəfəri öldürdü

RƏYLƏR


Top news