Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qayda pozanları cərimələtdirə bilərsiz - Sürücülərin nəzərinə (VİDEO)

Qayda pozanları cərimələtdirə bilərsiz - Sürücülərin nəzərinə (VİDEO)

Date: 16 October 2016 01:08

Sürücülər yol hərəkəti qaydalarını pozan həmkarlarını telefon, registrator və digər vasitələrlə lentə alsalar da, videoları hansı ünvana göndərəcəklərini bilmirlər.

Halbuki onlar düşünürlər ki, konkret ünvan olsa, polisi qayda pozucuları barədə məlumatlandırmaq olar və bu da yol terrorunun minimuma endirilməsinə xidmət edər. Mütəxəssislər də bu məsələdə sürücülərlə eyni düşünürlər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis idarəsinin sözçüsü Kamran Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, sürücülər belə məlumatları dyp.gov.az saytı vasitəsi ilə yol polisinə təqdim edə bilərlər. Bu zaman görüntülər araşdırılacaq və qayda pozuntusu askarlansa, onu törədən şəxs cərimələnəcək.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, bu məsələdə yalnız sayt vasitəsilə video qəbul etmək kifayət deyil. Bir çox ölkələrdə yol polisləri müasir texniki vasitələrdən məharətlə istifadə edir, “facebook” və tvitter kimi sosial şəbəkələrdə yaratdıqları rəsmi səhifələrlə insanların müraciətinə baxır və cavablandırırlar.


Tags:  Qayda pozanları cərimələtdirə bilərsiz Sürücülərin nəzərinə VİDEO

RƏYLƏR


Top news