Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Tovuzda yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alan var (FOTO)

Tovuzda yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alan var (FOTO)

Date: 16 October 2016 01:43

Tovuzda kartof daşıyan yük maşını qəzaya düşüb.

“Report”-un Qərb bürosunun məlumatına görə, hadisə geçə saatlarında Bakı-Qazax yolunun Aşağı Quşçu Kəndindən keçən hissəsində baş verib.

Tovuz rayon sakini Firdovsi Qarayevin idarə etdiyi “QAZel” markalı yük avtomaşını əks istiqamətdən gələn, Ədalət Novruzovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Tags:  Tovuzda yük maşını minik avtomobili toqquşub xəsarət alan var FOTO

RƏYLƏR


Top news