Xətai rayonu ərazisindəki Ukrayna dairəsinin kənarında dayanan onlarla yük avtomobilinin sürücüləri müştəri gözləyirlər.
Son vaxtlara qədər müştəri sarıdan korluq çəkməyən sürücülər indi müştəri azlığından şikayət edirlər.
Qiymətlər isə gedilən məsafədən və daşınan yükdən asılı olaraq dəyişir.
Sürücülər həmçinin deyirlər ki, onlar pik saatlarda dairədə nəqliyyatın axınına heç bir mənfi təsir etmirlər. Çünkü yük avtomobilləri dairədən xeyli kənarda saxlanılır. (“Xəzər Xəbər”)