ABŞ-da həbs edilmiş şəxslərin terror aktı planlaşdırdıqları məlum olub

03:42 16 Oktyabr 2016
17 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kanzas ştatında hüquq-mühafizə orqanları əməkdaşlarının həbs etdiyi 3 şəxsin Qarden-Sitidə Somalidən olan insanların yaşadığı çoxmərtəbəli yaşayış binasını və məscidi partlatmağı planlaşdırdıqları məlum olub.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Federal Təhqiqat Bürosundan məlumat verilib.
Məlumata görə, onlar terror aktını ABŞ-da prezident seçkilərindən dərhal sonra həyata keçirməyi planlaşdırıblar.
"Bu şəxslər terror aktı törətməyə cəhd göstərirdilər və buna onların imkanı var idi" – deyə Federal Təhqiqat Bürosunun əməkdaşı Erik Cekson bildirib.
Qeyd edək ki, ABŞ polisi cümə günü terror hadisəsi törətməyi hazırlamaqda şübhəli bilinən 3 nəfəri həbs edib.
Məlumata görə, onlar Kanzasın qərb hissəsindəki Qarden-Sitidə yaşayan Somali əsilli şəxslərə qarşı terror aktı planlaşdırıblar.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-hebs-edilmis-sexslerin-terror-aktlari-planlasdirdiqlari-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR