Messinin sevimli peçenyeləri - FOTO

Messinin sevimli peçenyeləri - FOTO
07:05 16 Oktyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Argentina mətbəxindən alfaxores peçenyelərinin hazırlanma qaydasını təqdim edir

Tuxum-barak - FOTO

Kulinarlar dərhal: "Futbolçunun mətbəximizdə nə işi var?" deməsinlər. Milyonların sevimlisi, Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi, deyilənə görə, balaca vaxtı qolları peçenyelərə görə vururmuş. Düzdür, onların məhz alfaxores olduğunu heç kim deyə bilməz. Böyüsə də, indinin özündə də anası donya Seliya Mariya Kuçittini İspaniyaya oğlunu görməyə gələndə onunçün mütləq ən sevdiyi alfaxoresdən bişirir. Ağzının dadını bilir Messi. Siz də hazırlayıb dadın.
Onu da deyək ki, Argentinada 19-cu əsrdən bişirilən bu peçenyenin kökləri Ərəbistana dayanır. Çünki elə adı da ərəbcədir: alfaxor - əla, yaxud fantastik şirniyyat deməkdir. Hazırda xüsusilə ispandilli ölkələrdə populyardır. 

Tərkibi (33 ədəd): 

xəmir: 

1 limon 
255 q kərə yağı
400 q qarğıdalı unu 
150 q buğda unu
1,5 ç.q. qabartma tozu
50 ml qızılı rom
230 q şəkər tozu
1 x.q. vanilli şəkər
1 ç.q. soda
3 çimdik dəniz duzu
2 yumurta + 2 yumurtanın sarısı

iç: 

100 q araxis 
1,5 banka bişmiş qatılaşdırılmış süd (orijinalda Dulce de leche)
100 q kokos yonqarı 

Xəmir üçün olan quru ərzağı - hər iki növ unu, duzu, sodanı, qabartma tozunu qarışdırın. 

Yumşaldılmış yağı şəkər tozu və vanillə həcmli, açıq rəngli krem alınanadək çalın. 

Limon qabığını sürtgəcin xırda gözündən keçirin (ağ hissəsini olmaz).

Yumurtalarla yumurta sarılarını bir-bir əlavə edin, hər birindən sonra yaxşıca çalın. 

Rom əlavə edib çalın. 

Quru ərzağı əlavə edin. Əlüstü xəmir yoğurun (çox yoğurmaq lazım deyil, yoxsa peçenye bərk olar). 

Xəmir çox yumşaq, ovuntuq kimi və ələ yapışmayan olur. 

İki kündəyə ayırıb qida plyonkasına bükün. Yastılayın. Soyuducuda 1 saat saxlayın. 

Bu müddətdə araxisi sobada qovurun. Qabığını təmizləyib bıçaqla xırdalayın. 

Xəmirin bir kündəsini çıxarıb azacıq un səpilmiş masada 0,4-0,5 sm qalınlıqda yayın. Formalarla dairə kəsin. 

Siniyə düzün. Dairələrin yarısının ortasını fiqurlu kəsib çıxara da bilərsiniz (orijinalda bu yoxdur, amma gözəl görünür). 

175 dərəcə qızdırılmış sobada 15 dəqiqə, azacıq qızılı rəng alanadək bişirin. Şəbəkənin üzərində soyudun. 

Digər kündəni də eyni qaydada hazırlayıb bişirin. 

Bir peçenyenin üzərinə 1 qəhvə qaşığı bişmiş qatılaşdırılmış süd çəkib ikinci peçenyeni üzərinə qoyun, azca basın ki, iç kənarından çıxsın. Sonra bu kənarları kokos yonqarı və araxis qarışığına batırın. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/479760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR