Tramp Klintona debatlardan əvvəl dopinq testdən keçməyi təklif etdi

Tramp Klintona debatlardan əvvəl dopinq testdən keçməyi təklif etdi
07:29 16 Oktyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə namizəd Hillari Klinton ümummilli debatlarda daha yaxşı çıxış etmək üçün xüsusi preparatlar qəbul edib. Sonuncu debatdan əvvəl hər iki namizəd dopinq testdən keçməlidir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ötən gün Nyu-Qempşirdə tərəfdarları qarşısında çıxışı zamanı Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.   

 

“Mən onda (Hillari Klintonda-red.) nə baş verdiyini anlamıram. Ötən debatların əvvəlində ona sanki nə isə vurmuşdular, sona yaxın isə elə görünürdü ki, sanki onu səhnədən düşürməyi xahiş edirdi. O özünü  avtomobilinə kimi güclə çatdırdı”, - deyə Tramp qeyd edib.   

 

O özünün və rəqibinin seçkiqabağı mübarizəsini idmançıların mübarizəsinə bənzədib.

 

“Yüngül atletika idmançılarını dopinq testdən keçməyi məcbur edirlər. Mən hesab edirəm ki, debatlardan əvvəl bizdə yoxlanışdan keçməliyik. Mən şəxsən bunu etmək istəyirəm”, - deyə namizəd əlavə edib.

 

“Dostlar, dünyada çox şeylər baş verir. Mən hesab edirəm ki, ona preparatlar yeridirlər. Həqiqəti bilmək istəyirsiniz? Çərşənbəyə (oktyabrın 19-da yekun debatlar keçiriləcək-red.) hazır olması üçün ona indidən preparatlar verməyə başlayıblar”, - deyə Tramp bildirib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR