Qaxda at qadını təpikləyərək ağır xəsarətlər yetirib

Qaxda at qadını təpikləyərək ağır xəsarətlər yetirib
08:27 16 Oktyabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaxda at təpikləyən iki uşaq anası ağır xəsarət alıb. Milli.Az bildirir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, oktyabrın 15-i axşam saat 19 radələrində rayonun Tanqıt kənd sakini, 1981-ci il təvəllüdlü Tünzalə Əhliman qızı Hünbətova kəllə-beyin travması, beyin silkələnməsi və qulaq seyvanının cırığı xəsarəti ilə xəstəxanaya daxil olub.

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Tünzalə Hünbətovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/479789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR