Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fransada eyvan uçub, 4 tələbə ölüb

Fransada eyvan uçub, 4 tələbə ölüb

Date: 16 October 2016 09:12

Fransanın qərbində yaşayış binasında eyvanın uçması nəticəsində ən azı 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

APA-nın "Ouest-France" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 23.30 (Bakı vaxtı ilə saat 01.30) radələrində Anje şəhərinin mərkəzində baş verib.
 
Binanın dördüncü mərtəbəsindəki eyvan uçub. Həmin vaxt eyvanda 15 tələbə olub. Dördüncü mərtəbənin uçan eyvanı üçüncü və ikinci mərtəbələrin də eyvanlarının uçmasına səbəb olub.
 
Hüquq-mühafizə orqanları 2000-ci ildə istifadəyə verilən binanın eyvanın uçması ilə bağlı təhqiqata başlayıb. 

Milli.Az


Tags:  Fransada eyvan uçub tələbə ölüb

RƏYLƏR


Top news