Türk aktyor Ata Demirer yeni filmi "Olanlar oldu"nun çəkilişləri zamanı orta məktəb vaxtı sevdiyi xanımla qarşılaşıb.
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, aktyor bu barədə sosial mediada foto paylaşıb:
"Çəkilişlər zamanı məktəb illərində sevdiyim Banunu gördüm. Həyat yoldaşı Ali də yanında. Çay içib, keçmiş xatirələrdən danışdıq. Uşaqlıq illərimin Bursasına salam olsun".
Qeyd edək ki, 44 yaşlı A.Demirer 2012-ci ildə evləndiyi Özge Borakdan 2014-cü ildə boşanıb.
Milli.Az