Şamaxıda əməliyyat: 11 nəfər ölümdən qurtuldu

Şamaxıda əməliyyat: 11 nəfər ölümdən qurtuldu
09:42 16 Oktyabr 2016
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisindən keçən çayda "ZİL-131" markalı yük avtomobilinin və avtomobildə olan 11 nəfər kənd sakininin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az nazirliyin saytına istinadən bildirir ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri hadisə yerinə cəlb olunaraq çayın ortasında olan avtomobili və vətəndaşları təhlükəsiz əraziyə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:27-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/479795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR