Çayda batan avtomobildən 11 nəfər xilas edildi – AZƏRBAYCANDA

Çayda batan avtomobildən 11 nəfər xilas edildi – AZƏRBAYCANDA
09:49 16 Oktyabr 2016
128 Digər
Ölkə mətbuatı
A- A+

Dünən gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisindən keçən çayda "ZİL-131" markalı yük avtomobilinin və avtomobildə olan 11 nəfər kənd sakininin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri hadisə yerinə cəlb olunaraq çayın ortasında olan avtomobili və vətəndaşları təhlükəsiz əraziyə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:27-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR