Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ermənistan silahlı bölmələri yenə atəşkəsi pozub

Ermənistan silahlı bölmələri yenə atəşkəsi pozub

Date: 16 October 2016 09:57

Bakı. 16 oktyabr. REPORT.AZ/Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub.
"Report" xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
İnformasiyaya əsasən, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonu Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında, Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Tags:  Ermənistan silahlı bölmələri yenə atəşkəsi pozub

RƏYLƏR


Top news