Ermənilər 3 rayonumuzu atəşə tutub

Ermənilər 3 rayonumuzu atəşə tutub
10:04 16 Oktyabr 2016
99 Digər
Ölkə mətbuatı
A- A+

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub. Lent.az  Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonu Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

 

İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında, Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR