Şəhərə minlərlə xəbərdarlıq vərəqi atıldı

Şəhərə minlərlə xəbərdarlıq vərəqi atıldı
10:05 16 Oktyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinlərə xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb. 

APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, qırıcı təyyarələrdən atılan vərəqələrdə qeyd edilib ki, Mosulun azad edilməsinə, regionda təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinə hazırlıq aparılır.
 
Mosul sakinlərindən evlərini tərk etməmək, qapı və pəncərələri bağlamaq, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq xahiş edilir. Xəbərdarlıq vərəqlərdə terrorçuların fəaliyyəti ilə bağlı məlumatın verilməsi üçün telefon nömrəsi də yazılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR