"Pul maşını"nı işə salan sual: "Sənə üç hərfli nazirlikdən zəng olub?"

"Pul maşını"nı işə salan sual: "Sənə üç hərfli nazirlikdən zəng olub?"
10:27 16 Oktyabr 2016
1961 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ana, sənə etdiyim o hərəkətə görə çox peşmanam" - Hər kəsi çaş-baş salan ETİRAF (03 May 2017 16:22)
Abid Şərifov: "Nəvəm qorxaraq zəng etdi ki, baba sənə nə olub" (28 Aprel 2017 19:17)
Abid Şərifov: "Nəvəm də qorxaraq zəng etdi ki, baba sənə nə olub" (28 Aprel 2017 19:12)

Ləğv edilmiş MTN-in alt-üst edilməsindən, bu sistemin ən qəddar siması kimi ad çıxarmış Akif Çovdarovun həbsindən az sonra virtualaz.org bir vaxtlar adı gələndə nazirlərdən tutmuş xırda sahibkara qədər hər kəsin qorxduğu generalın obyektinə girə bilmişdi. Bu, həmin vaxtlar idi ki, mətbuatda Çovdarovun gizli həbsxanaları haqda məlumatlar baş alıb gedirdi və belə gizli həbsxalarından birinin generalın Masazırdakı nəhəng istixana kompleksinin ərazisində ola biləcəyi haqda söz-söhbətlər var idi.

Virtualaz.org saytının əməkdaşları 10 hektarlıq ərazidə yerləşən həmin istixananı tapıb ələk-vələk eləsə də gizli həbsxanaya rast gəlməmişdilər. Ancaq əvəzində generalın pomidor biznesi haqda xeyli maraqlı nüansları öyrənə bilmişdik.

İndi məlum olur ki, Çovdarov Masazırda, "Zəli gölü"nün yaxınlığında yerləşən hektarlarla əraziyə malik nəhəng istixana kompleksi ilə yanaşı, daha 10 hektar torpağı da ələ keçirməyə çalışıb. Habelə  Biləcəri və Binəqədi bələdiyyəsinin sədrlərini də əməlli-başlı "yolub", onlardan yüz minlərlə manat alıb.

Beləliklə, MTN işi üzrə aparılmış istintaqda ifadə verən Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov və Binəqədi bələdiyyəsinin sədri Elman Salmanov Çovdarovun onları necə soyduğunu, üstəlik bələdiyyə torpaqlarını hədə-qorxu ilə ələ keçirdiyini danışıblar.

Çovdarov bələdiyyə sədrinə keçmiş polis Adil Yaqubovla xəbər göndərir

İlham Xəlilovun bildirdiyinə görə, 2008-ci ilin martında tanışı Adil Yaqubov  xəbər çatdırdı ki, Akif Çovdarov onunla görüşmək istəyir. Bu, həmin Adil Yaqubovdur ki, Akif Çovdarovla polisdə bir yerdə işləyib, sonradan pensiyaya çıxıb və Çovdarovun Masazırdakı istixanasını idarə etməyə başlayıb. O, 2010-cu ildən Çovdarovun arvadı İbadət Çovdarovaya məxsus "Bəhrə-2010" MMC-nin direktorudur, hansı ki, həmin MMC Masazırdakı istixanada tərəvəz yetişdirməklə məşğuldur.

Bələdiyyə sədri, təbii ki, o dövrün mətbuatında ən qorxunc MTN-çilərdən biri kimi tanınan Çovdarovun mesajını qulaqardına vura bilməzdi və xəbəri alan günü ertəsi MTN-in inzibati binasına yollanır. Çovdarov bələdiyyə sədri ilə görüşür və az sonra mətləbə keçir: "Sən 100 min verəcəksən, Binəqədi bələdiyyəsinin sədri Elman Salmanov isə 150 min verməlidir".

Əcaba, Çovdarovda bu nə humanistlik? Nəyə görə Biləcəri bələdiyyəsinin sədrinə Binəqədi bələdiyyəsinin sədrinə nisbətən 50 min manat az haqq kəsir?

Heç demə, Biləcəri bələdiyyəsinin sədri bir il əvvəl Çovdarovun qohumuna 5-6 sot torpaq sahəsini hədiyyə edib və general bu yaxşılığı unutmayıb, ona nisbətən az məbləğ deyib

"Səni də Məcnunun gününə salarıq..."

Bələdiyyə sədri etiraz etmir, pulu düzəltməyə çalışacağını deyib vaxt istəyir və MTN-dən ayrılır. Aradan bir neçə gün keçmiş Adil Yaqubov ona zəng vurub deyir ki, Rəsulzadə qəsəbəsinə gedən yolun kənarında görüşmək lazımdır. Görüşə gedən İ.Xəlilov görür ki, A.Yaqubov tək deyil, Çovdarov özü də gəlib. Qısa söhbətdən sonra Çovdarov xəbərdarlıq edir ki, bələdiyyə sədrləri təyin olunmuş məbləği ödəməlidir, başqa yolları yoxdur. "Rəsulzadə bələdiyyəsinin sədri Məcnunun aqibətini bilirsən, bu aqibət sizi də gözləyir", - deyə  Çovdarov lap "Qarlı aşırım" filminin Kərbəlayı İsmayılı kimi onu hədələyir.

Məcnunun aqibətinə gəldikdə onu Çəmənkəndli Abdulla kimi doğrayıb quyuya atmamışdılar, sadəcə olaraq rüşvət və qanunsuz torpaq satmaq ittihamı ilə həbs etmişdilər. Və istənilən bələdiyyə sədrini bu kimi ittihamlarla tutmaqda heç bir problem yox idi - fakt nə qədər desən tapılar.

Üç hərfli nazirlik...

Həmin görüşdən bir neçə gün sonra Binəqədi bələdiyyəsinin sədri Elman Salmanov Biləcəridən olan həmkarına zəng vurur. Telefonlarının dinlənildiyini təxmin etdiyindən qorxub MTN-in və Çovdarovun adını telefonda çəkmir. "Sənə üç hərfli nazirlikdən zəng olub?" - Salmanov həmkarından soruşub. "Hə, olub", - Biləcəri bələdiyyəsinin sədri acizanə səslə cavab verir.

Ertəsi gün iki bələdiyyə sədri görüşür. E.Salmanov deyir ki, cəmi 90 min manat düzəldə bilib. "Götür, Çovdarova çatdır, bizdən əl çəksin" deyir. İ.Xəlilovun bildirdiyinə görə, o da təyin olunmuş məbləğin yarısını-cəmi 50 min manat düzəldə bildi. Bu pulu da qaynatasından borc almışdı.

Beləliklə, iki bələdiyyə sədri Çovdarovun təyin etdiyi məbləğdən az - cəmi 140 min cəmləyə bilir. İ.Xəlilov həmin pulu götürüb gedir Rəsulzadə-Biləcəri yolunun kənarına, Çovdarovun biznesini fırladan keçmiş polis işçisi Adil Yaqubova çatdırmağa. Ancaq Yaqubov pulu götürməyə özü gəlmir, Çovdarovun sürücüsü Nurxanı və başqa bir şəxsi göndərir. Təyin olunmuş yerə çatan bələdiyyə sədri yarım saat gözləyir, ona qara "JEEP" yaxınlaşır. Sürücünün yanında oturmuş 40-45 yaşlarında şəxs düşür, bələdiyyə sədrinin maşınına oturur. Çovdarova zəng vurub dəstəyi danışmaq üçün sədrə verir. Çovdarov tapşırır  ki, pulu həmin adama versin. Bələdiyyə sədri deyildiyi kimi edir, 140 min manatı adını bilmədiyi həmin adamla Çovdarova göndərir.

Bəs qalan 110 min?

Aradan bir az keçmiş A.Yaqubov ona zəng edib soruşur: "Bəs qalan pulu nə vaxt verəcəksiniz?" Xəlilov deyir ki, payına düşən məbləğdən qalan 50 min manatı 1 aya düzəldib verəcək. Təxminən 1 ay sonra Yaqubov ona zəng vurur, verilmiş vaxtın başa çatdığı haqda xəbərdarlıq edir. Bələdiyyə sədrləri bundan bir neçə gün sonra qalan 50 mini və 60 mini də tapıb cəmləşdirirlər. 110 min manat bu dəfə Yaqubovun vasitəsiylə Çovdarova ötürülür.

"Zəli gölü"nün sahilində 10 hektar

Lakin iki bələdiyyə sədri Çovdarova cəmi 250 min manat verib canlarını qurtardığını düşünürdülərsə 2014-cü ildə məlum olub ki, bərk yanılıblar. 2014-cü ilin sonlarında Çovdarov İ.Xəlilova zəng vurur. Əmr edir ki, Masazırda, "Zəli gölü"nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin.

Bu torpaq məsələsi ilə bağlı sonradan Çovdarov və Yaqubovla İ.Xəlilov arasında dəfələrlə telefon danışıqları olub. Çovdarovun dediyi torpaq sahəsi bundan əvvəl Binəqədi bələdiyyəsi tərəfindən 3 nəfər ayrı-ayrı şəxsin adına verilmişdi. İndi həmin şəxslərlə razılıq əldə edib torpağı geri almaq və Çovdarovun adamının adına rəsmiləşdirmək lazım idi.

Bələdiyyə sədri generala "atır?"

Əhvalatın bu yerində deyilir ki, Yaqubov həmin torpaq sahəsinin sahibi olan 3 nəfər çatdırmaq, onların razılığını almaq üçün 10 min manatı Xəlilova verir. Lakin sənədləşmə 5-6 ay uzanır. Çünki həmin torpaq sahəsini bələdiyyə 2000-ci ildə verdiyi qərarla ayırmışdı və yenidən sənədləşmə çətin idi.

Nəticədə Çovdarovun adamı hökm verir ki, bələdiyyə sədri 10 min manatın üstünə də 10 min qoyub ona (onun qismində Çovdarova) verməlidir. Bələdiyyə sədri 20 mini bir neçə gün sonra düzəldir. 2014-cü ilin yayında, bazar günlərinin birində Çovdarov Adil Yaqubovun vasitəsilə bələdiyyə sədrini gözdən uzaq məkana-Masazırdakı istixanaya çağırır. Xəlilov cibində 20 min manat yollanır Çovdarovun istixanasına. Həmin 20 min manatı Çovdarovun stoluna qoyur, lakin general pula heç baxmır, başlayır bələdiyyə sədrini söyməyə, təhqir etməyə.

20 min oldu 120 min

General bağıraraq ona deyir: "Sən generalı barmağına dolamısan? Deyəsən, məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram". Və təbii ki, bu xəbərdarlıq bələdiyyə sədrinin ünvanına burada yazılması mümkün olmayan ağır söyüşlərlə müşayiət olunur. Çovdarov əlavə edir: "İndi sən işi gecikdirdiyin üçün mənə 20 min yox, 120 min verməlisən!"

Çovdarov bələdiyyə sədrini xeyli söyüb-təhqir etdikdən sonra o, Adil Yaqubovla çölə çıxır. Yaqubov ona xəbərdarlıq edir ki, Çovdarovla zarafat etmək olmaz, dedisə, deməli, 120 min manat çatdırılmalıdır. Bələdiyyə sədri yenə də ondan vaxt istəyib gedir. Dediyinə görə, sonradan Yaqubov ona tez-tez zəng vurub 120 min manatı çatdırmağı tələb edirmiş. Nəhayət bələdiyyə sədri razılaşır ki, Çovdarova 80 min manat versin, məbləğin qalan hissəsini torpaqla ödəsin.

Çovdarovun arvadına və kürəkəninə torpaq sahələri

İstixanadakı görüşdən təxminən 10 gün sonra bələdiyyə sədri "borc-xərc" 40 min manat düzəldir, gətirib Çovdarovun istixanasında ona zəng vurur, pulu gətirdiyini deyir.  Çovdarov kimisə göndərir  və pulu qəbul edir. Bir müddət sonra daha 20 min manat düzəldir və eyni qayda ilə çatdırır. Habelə Biləcəri qəsəbəsi ərazisində Çovdarovun arvadı İbadət Çovdarovanın adına 560 kvadratmetrlik torpaq sahəsi, kürəkəni Rövşən Qasımovun adına 2014-cü ilin sentyabrında 6 sot torpaq sahəsi verir.

İstintaq Bilcəri bələdiyyəsinin sədrini Çovdarovla üzləşdirib. Üzləşdirmədə bələdiyyə sədri bu danışdıqlarını bir daha Çovdarovun üzünə danışıb. Binəqədi bələdiyyəsinin sədri isə deyib ki, 2008-ci ilin aprelində həmkarı İ.Xəlilov ona zəng vurub, təcili yanına gəlməyi xahiş edib. Həmin gün axşam saatlarında bələdiyyə sədrləri görüşüblər. Xəlilov həmkarına əhvalatı danışıb, Çovdarovun ondan 100 min, Salmanovdan 150 min istıdiyini bildirib. Xəbərdarlıq edib ki, pulu verməsələr, qara maskalılar gəlib onları MTN-ə aparacaq. 

Binəqədi bələdiyyəsinin sədri qorxuya düşüb, qardaşı oğlu Zakirə zəng edərək kömək istəyib. Zakir cəmi bir il əvvəl aldığı "Rang Rover"i 90 min manata sataraq əmisinə verib. Salmanov həmin pulları Çovdarova çatdırmaq üçün İ.Xəlilova verib. Qalan 60 min manatı isə evdəki qızıl-zinət əşyalarını sataraq və üstünü "evdə olan pulla" düzəldərək generala göndərib.

İstintaq Çovdarovun adamını-Adil Yaqubovu da bu epizod üzrə dindirib, o, deyilənləri rədd edib, bələdiyyə sədrlərinin Çovdarovun həbsindən istifadə edib onun üzünə durduqlarını deyib. Lakin İ.Xəlilovla Yaqubov arasında üzləşdirmə zamanı sonuncu yuxarıda deyilənləri təkzib edə bilməyib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Huawei" şirkəti azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edir

30 May 2017 11:55

Məşhur maneken narkotik çəkib 500 min avroluq maşınla qəza törətdi

30 May 2017 11:54

Sabiq diktator 83 yaşında vəfat etdi

30 May 2017 11:53

Sınaq imtahanında test tapşırıqlarının doğru cavabları AÇIQLANDI

30 May 2017 11:52

Elman Rüstəmov: "İlin sonuna qədər manatın ucuzlaşması risklərini görmürük"

30 May 2017 11:52

Müdafiə Nazirliyi ehtiyat zabit və gizir hazırlığı kurslarına namizədlərin qəbulunu elan edib

30 May 2017 11:52

Günün matçlarını yayımlayacaq kanallar

30 May 2017 11:52

"ASAN Xidmət"in qarşısında uzun növbələr yarandı...

30 May 2017 11:52

"Maşın şou"dan çıxan Elton insanları DAVAYA çağırdı: "Gəlməyən kişi deyil"

30 May 2017 11:49

Elman Rüstəmov: "Cari əməliyyatlar balansında 380 mln. dollarlıq profisit yaranıb"

30 May 2017 11:47

Prezident İlham Əliyev "Statoil"in icraçı vitse-prezidentini qəbul edib

30 May 2017 11:44

"Qəbələ" 8 futbolçu ilə yollarını ayırdı

30 May 2017 11:43

ƏƏSMN 80 əlilliyi olan şəxsi Nabran istirahət zonasına göndərib (FOTO)

30 May 2017 11:43

Zina edən kişini diri-diri basdırdılar - ŞOK HADİSƏ

30 May 2017 11:43

Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentini qəbul edib

30 May 2017 11:42

"Roma" komandasının baş məşqçisi istefa verib

30 May 2017 11:42

Totti qərar verdi: "Karyeramı bitirmirəm"

30 May 2017 11:37

Azərbaycanda qeyri-rəsmi əmək fəaliyyəti araşdırılacaq

30 May 2017 11:36

ABB-nin xarici öhdəliklərinin yenidən strukturlaşdırılması bazar dəyərini yüksəldəcək

30 May 2017 11:36

“Siri” itmiş “iPhone” smartfonunu tapmağa kömək edəcək

30 May 2017 11:35

Dartıla bilən ekranın işi nümayiş etdirilib

30 May 2017 11:35

"Qəbələnd" Əyləncə Mərkəzində “Açıq Qapı” günü

30 May 2017 11:34

Bakıda polis avtomobili qəzaya düşdü

30 May 2017 11:34

Komitə sədri: “Ailə institutunun möhkəmləndirilməsi üçün vahid siyasət həyata keçirilir”

30 May 2017 11:33

Yaraların daha tez sağalma üsulu tapıldı

30 May 2017 11:33

Maşın iftar süfrələrinin arasında qaldı - FOTO

30 May 2017 11:32

Azərbaycanda ayda 150 manat ödəməklə kimlər ev ala bilər?

30 May 2017 11:29

Tatlısəsin qızı küçənin ortasında sevgilisi ilə öpüşdü - VİDEO - FOTO

30 May 2017 11:27

"Ərinin icazəsi ilə məni gecə evə çağırdı, uşağa qaldı" - VİDEO

30 May 2017 11:27

Şimali İrlandiya yığmasının baş məşqçisi: "Azərbaycan millisinə qalib gəlməsək, hazırkı mövqeyimizi qoruya bilməyəcəyik"

30 May 2017 11:27

Formula 1-ə bilet alanlara xüsusi endirimlər ediləcək

30 May 2017 11:22

Ağdaş Rayon İcra Hakimiyyətindən oğurluq olub

30 May 2017 11:22

Moskva Dövlət Universitetinin Bakı filialı bakalavriat səviyyəsinə qəbul elan edir

30 May 2017 11:22

Azərbaycanda gömrük əməkdaşlarının 20%-i məsuliyyətə cəlb edilib

30 May 2017 11:22

Kim Çen ln ABŞ-a daha çox "hədiyyə" göndərmək istəyir

30 May 2017 11:22

Filarmoniyanın iyun ayı üçün tədbirlər planı - CƏDVƏL

30 May 2017 11:22

Bakıda AĞIR QƏZA: polis maşını "Porşe" ilə toqquşdu, polis öldü - GÖRÜNTÜLƏR

30 May 2017 11:19

Elariz şeiri ilə ELZANI GERİDƏ QOYDU: “Həsrət qalmışıq, bəlkə basasan...” - BİABIRÇILIQ

30 May 2017 11:18

Milan Ticarət Palatasının ekspertləri BBF-də Azərbaycan turizminin inkişaf istiqamətlərini müzakirə ediblər

30 May 2017 11:17

"Problemli kreditlərlə bağlı banklarla müzakirələr başlayib"

30 May 2017 11:17

Əməliyyat: Şəhərə giriş-çıxışlar bağlandı

30 May 2017 11:17

Arda Turandan GÖZLƏNİLMƏZ QƏRAR

30 May 2017 11:13

Elariz Elzaya şeir həsr etdi: "Bu nə poza?" - FOTO

30 May 2017 11:12

Qlobal iqtisadiyyatının yavaşlaması Rusiya üçün ən böyük təhlükə olacaq

30 May 2017 11:12

Bakıda 17 yaşlı qız yoxa çıxdı

30 May 2017 11:12

Aylıq 130 manata ev almaq istəyənlər bu xəbəri mütləq oxusunlar - VİDEO

30 May 2017 11:12

Körpə doğuşdan dərhal sonra yeriməyə başladı

30 May 2017 11:10

Zamirin gözləri əbədiyyən kor qala bilər - YARDIM EDƏK!

30 May 2017 11:09

Qaz yüklü tanker partladı: 2 nəfər öldü - VİDEO

30 May 2017 11:08

Zindandan zənginliyə

30 May 2017 11:07