Filippin hakimiyyəti gücünə görə üçüncü səviyyədə olan “Sarika” qasırğasının yaxınlaşması ilə əlaqədar ölkənin şimalından 12,5 min insanı evakuasiya edib.
Publika.az xəbər verir ki, qasırğanın gücü saatda 150 km-dən 130 km-ə enib.
Hazırda “Sarika” qasırğası Cənubi Çin dənizinin qərbində hərəkət edir. “Sarika” qasırğası bu il Filippində ən dağıdıcı qasırğa ola bilər.
Mütəxəssislər Quam adasından cənubda formalaşan “Haima” burulğanının da bazar ertəsi Filippində dağıntıya yol aça biləcəyindən ehtiyat edirlər.