Bakıda evdən külli miqdarda qızıl və dollar apardılar

Bakıda evdən külli miqdarda qızıl və dollar apardılar
10:52 16 Oktyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb. Lent.az-ın məlumatına görə, Mirzə Fətəli Axundov küçəsində yaşayan, 1965-ci il təvəllüdlü Hümbətov Yusif Zülfüqar oğlu polisə müraciət edərək bildirib ki, mənzilindən 24 min dollar və 15 min dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

O bildirib ki, səhərdən axşamadək mənzildə kimsənin olmadığı vaxt mənzilin mətbəxinin pəncərəsi sındırılıb və yataq otağındakı dolabda saxlanılan pul və qızıllar aparılıb.
 
Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/479804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR