"Araz"ın bütün potensial rəqibləri bəlli oldu

"Araz"ın bütün potensial rəqibləri bəlli oldu
11:17 16 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə UEFA Kubokunda əsas mərhələyə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən son çempion "Araz"ın da elit mərhələdəki bütün potensial rəqibləri bəlli olub.

Bunlar "Yuqra", "Dinamo" (hər ikisi Rusiya), "Kayrat" (Qazaxıstan), "İnter" (İspaniya), "Dyor" (Macarıstan), "Breze" (Sloveniya), "Feniks" (Kosovo), "Nikars" (Litva), "Hamburq Panters" (Almaniya), "Ekonomats" (Serbiya), "Nasional" (Xorvatiya), "Sportinq" (Portuqaliya), "Real" (İtaliya), "Xrudim" (Çexiya) və "Tarqu Mureş"dir  (Rumıniya).

Elit mərhələnin püşkü oktyabrın 21-də atılacaq. Püşkatma öncəsi komandalar üç səbətə bölünəcək. "Araz" qrup qalibi kimi ikinci səbətdə yer alacaq. Azərbaycan çempionu Kosovo təmsilçisi ilə qarşılaşa bilməz. Çünki "Araz"la "Feniks" əsas mərhələdə bir qrupda mübarizə aparıb.

Elit mərhələnin oyunları noyabrın 22-27-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR