Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Seyran Ohanyanın arvadını da vəzifədən atacaqlar?

Seyran Ohanyanın arvadını da vəzifədən atacaqlar?

Date: 16 October 2016 11:22

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan işdən azad edildikdən sonra həyat yoldaşı Ruzanna Xaçatryan məzuniyyətə çixıb və hələ ki iş yerinə qayıtmayıb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, onun əvvəlki iş yerinə qayıdacağı məlum deyil.
İnfromasiayaya görə, ölkənin yeni səhiyyə naziri Levon Altunyan deyib ki, o, özündən əvvəlki nazir Armen Muradyanın müşavirlərinin işdən azad edilməsi tətləbini irəli sürməyib.
Məlumatda bidlririlib ki, keçmiş müdafiə nazirinin həyat yoldaşı sabiq səhiyyə nazirinin müşaviri işləsə də əsasən, başçılıq etdiyi "Erməni hərbi həkimləri assosiasiyası" ictimai birliyinin işləri ilə məşğul olub.
Alytunyan keçmiş nazirin müşavirinin vəzifədən çıxarmaq niyyətində olmadığnı söyləsə də bunları da vurğulayıb: "Müşavirlərim işə gəlməyib, başqa məsələlərlə məşğul ola bilməzlər".
Xəbərə görə, Ermənistan səhiyyə nazirinin 4 müşaviri var. 

Milli.Az


Tags:  Seyran Ohanyanın arvadını vəzifədən atacaqlar

RƏYLƏR


Top news