Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2 banan 7 problemi həll edir

2 banan 7 problemi həll edir

Date: 16 October 2016 12:27

Banan bir çox xəstəliklərə müalicəvi təsir göstərir.

Publika.az xəbər verir ki, banan səhhətinizdə yaranmış 7 problemi həll edir.

İnanmırsınızsa, bu gündən və həftə ərzində kiçik eksperimenti sınaqdan keçirin. Gündə iki banan yeyin. Məsələn, səhər və nahar yeməyi arasında qəlyanaltı etmək olar.

1. Depressiya
Banan depressiya, ruh düşkünlüyü, eləcə də payız yorğunluğu ilə mübarizədə həqiqətən kömək edir. Aydın məsələdir ki, soyuq aylarda hava çox tez qaralır, bu da insan əhvalına mənfi təsir edir. Bananın tərkibindəki triptofan stress hormonlarını azaldır, serotonin (xoşbəxtlik) hormon istehsalını stimullaşdırıb əhvalı düzəldir.

2. Qan təzyiqi
Banan kalium tərkibi sayəsində təzyiq problemləri ilə çox gözəl mübarizə aparır, insult və infarkt riskini aşağı salır. Sadəcə banan ürək problemi olanlar üçün əvəzsiz sitrus meyvəsidir.

3. Qan azlığı
Banan da alma kimi dəmirlə çox zəngindir. Əgər siz qanazlığından əziyyət çəkirsinizsə, onda hər gün banan yeyin. Onlar eritrositlərin və hemoqlobinin hazırlanmasına kömək edir, orqanizmdə qan yaradır.

4. Pis əhval
Əhval-ruhiyyəniz pisdirsə və sizi heç nə sevindirmirsə, banan yeyin. Banan qanda şəkərin miqdarı normaya çıxaracaq, tərkibindəki A vitamini isə əsəblərinizi sakitləşdirəcək. Nəticədə gərginlik çox tez keçəcək və siz arxayınlaşacaqsınız. Yeri gəlmişkən, bu fakt sizi güldürsə də, bananı bəzən kloun adlandırırlar. Deməli, bu andan etibarən hər gün banan yeyirik!

5. Mədə xorası
Bu xəstəlikdən əziyyət çəkənlər ərzaq problemləri ilə çoxdan tanışdırlar. Çox yemək qəti qadağandır. Lakin banan xoş istisnadır. Onlar mədə divarlarını xüsusi maddə ilə örtür və turşusunun zərərli təsirini aradan qaldırır.

6. Mədə qıcqırması
Mədə qıcqırmasının ən yaxşı və təbii dərmanı banandır. Onu yeyən kimi dərhal xoş yüngüllük hiss edəcəksiniz. Daha bir heyrətamiz fakt: Nə qədər qəribə səslənsə də, radiasiya səviyyəsinin bananlarla ölçüləcəyi deyilir.

7. Enerji
Banan tez həll olunan karbohidratlardan ibarətdir. Məşq öncəsi banan yeməklə siz bədəni enerji ilə təmin edəcəksiniz. Məşqdən sonra da eyni miqdarda banan yemək sizə gümrahlıq bəxş edəcək və daha tez özünüzə gəlməyə kömək edəcək.

Milli.Az


Tags:  banan problemi həll edir

RƏYLƏR


Top news