Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Suriyanın Dabık qəsəbəsi İŞİD-dən təmizlənib

Suriyanın Dabık qəsəbəsi İŞİD-dən təmizlənib

İŞİD Suriyanın bir sıra şəhərlərini atəşə tutub: 1 ölü, 31 yaralı (08 Mart 2017 21:17)
İraqın baş naziri Mosula gedib (07 Mart 2017 12:27)
TSQ bir həftəyə 50 terrorçu məhv edib (04 Mart 2017 06:43)

Tarix: 16 Oktyabr 2016 13:12

Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu Dabık qəsəbəsini terrorçu İŞİD silahlılarından geri alıb.
"Report" Haberturk-ə istinadən xəbər verir ki, Hələb əyatləinin Soran bələdiyyəsi də İŞİD terrorçularından təmizlənib. 
Qeyd edək ki, əməliyyat oktyabrın 15-də başlayıb. İŞİD-in müqəddəs olaraq qəbul etdiyi bu yaşayış məntəqəsində terrorçu qruplaşmanın 1200 silahlısı olduğu bildirilib.
Xatırladaq  ki, Dabık Suriyanın şimal-qərbində Hələb əyalətinin Azez rayonunun qəsəbəsidir. Qəsəbəni Mercidabık da adlandırırlar. 5 min nəfərlik əhalisinin çoxu türkməndir. İŞİD 2014-cü ilin avqustunda  Süleyman bin-Əbdülməlik türbəsini məhv etdikdən sonra qəsəbəni ələ keçirib. 

Teqlər:  Suriyanın Dabık qəsəbəsi İŞİD-dən təmizlənib



RƏYLƏR


Top xəbərlər