Moldovada Azərbaycan adına dostluq görüşü - FOTOLAR

Moldovada Azərbaycan adına dostluq görüşü -   FOTOLAR
13:57 16 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Moldovanın paytaxtı Kişinyovda yerli və azərbaycanlı idman jurnalistləri arasında futbol matçı keçirilib.

 

Dostluq görüşü Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25, Moldova İdman Junalistləri Assosiasiyasının 20 illik yubileyi münasibətilə təşkil olunub. 


Bu məqsədlə Kişinyova Gənclər və İdman Nazirliyinin dəstəyilə 15 nəfərdən ibarət heyət ezam olunub. İdman Araşdırmalar Mərkəzinin də təşkilatçılığı ilə baş tutan qarşılaşmadan öncə rəsmi hissə olub. Moldova Milli Olimpiya Komitəsinin baş katibi Kristina Vasilyanova təmsil etdiyi qurum adından yarış iştirakçılarını salamlayıb, qonaq komandanın kapitanı Elnur Əşrəfoğluna xatirə hədiyyəsi təqdim edib. Eyni zamanda K.Vasilyanova və Moldova İdman Junalistləri Assosiasiyasının rəhbəri Eduard Çebanu azərbaycanlı jurnalistlərlə dostluq əlaqələrinin inkişafındakı xidmətləri qarşılığında mükafatlandırılıb.  


Oyun Moldova Futzal Federasiyasına məxsus meydançada baş tutub. Görüşün əvvəlində yerli komanda 2:0 hesabı ilə önə keçsə də, tezliklə toparlanan azərbaycanlı jurnalistlər Elnur Əşrəfoğlu və Nurani İsgəndərovun qolları ilə hissəni heç-heçə tamamlayıblar - 2:2. Fasilədən sonra da meydan sahibləri 2 dəfə hesabda önə keçiblər. Lakin hər iki halda komandamız əvvəlcə Anar Məmmədov, sonra isə Gündüz Abbaszadənin qolları ilə bərabərlik yarada bilib. Bununla belə, matçın sonlarında moldovalı jurnalistlər iki qol vuraraq, 6:4 hesablı qələbəyə nail olublar. Amma onların 5-ci qolundan sonra yerli hakimlər açıq-aşkar penaltini təyin etməyiblər. Halbuki həmin epizodda qaydanın pozulduğunu oyundan sonra təşkil olunmuş banketdə kapitan E.Çebanu ilə yanaşı, əllə oynayan futbolçu da etiraf edib. Beləliklə, iki ölkə jurnalistləri arasında ardıcıl 3-cü il keçirilən görüş moldovalıların çətin qələbəsi ilə yekunlaşıb. Məğlubiyyətə baxmayaraq, qonaq komanda kifayət qədər əzmkar təsir bağışlayıb. 


Azərbaycan idman jurnalistləri səfərin təşkilindəki böyük roluna görə Gənclər və İdman Nazirliyinə, xüsusən, qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya, verdikləri dəstək qarşılığında Moldova Azərbaycanlıları Konqresinə, AAAF Park və "İtaldizain Group"a təşəkkürünü bildirir. 


Fanat.Az















Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-moldovada-azrbaycan-adna-dostluq-goruu-t53382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR