Səhiyyə naziri vəfat etdi - FOTO

Səhiyyə naziri vəfat etdi - FOTO
14:43 16 Oktyabr 2016
116 Dünya
Ölkə mətbuatı
A- A+

Litvanın 34 yaşlı səhiyyə naziri Yuras Pojela mədaəaltı vəzin iti iltihabı xəstəliyindən (pankreatit) vəfat edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu haqda Litva parlamenti sədrinin müavini Alqirdas Sisas bildirib. İnformasiyaya görə, o, mədəaltı vəzin iltihabı diaqnozu ilə cari ilin avqustunda xəstəxanaya yerləşdirilib.

Mərhum xəstə olmasına baxmayaraq, bu ilin oktyabrın 9-da keçirilən parlament seçkisində partiya siyahısı ilə deputat seçilib.

Qeyd edək ki, Yuras Pojela Litva Sosial-Demokrat Partiyasının üzvü idi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR