Bakıda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alan var

Bakıda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alan var
15:22 16 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ Xətai rayonunda “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman işıq dirəyinə çırpılıb.
“Report” un xəbərinə görə, hadisə Nobel prospektində baş verib. Belə ki, 90 XL 389 dövlət qeydiyyat nişanlı, “Mercesedes S-Class” markalı avtomobilin sürücüsü Nobel prospekti ilə Bakının mərkəzinə doğru hərəkət edib. Yağışlı hava şəraitində asfalt qatının sürüşkən olduğunu unudan sürücü yüksək sürətlə gələrkən əvvəlcə yolun ortasındakı işıq dirəyinə çırpılıb.
Sonra avtomobil idarəetmədən çıxaraq prospektin əks istiqamətli yoluna çıxıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-avtomobil-isiq-direyine-cirpilib-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR