Dünyanın ən gözəl orta məktəbləri ilə bağlı maraqlı faktlar - FOTOLAR

Dünyanın ən gözəl orta məktəbləri ilə bağlı maraqlı faktlar - FOTOLAR
15:43 16 Oktyabr 2016
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaponiya təbii sərvətlər baxımından kasıb ölkədir. Buna baxmayaraq, iqtisadiyyatı olduqca güclü şəkildə inkişaf edib. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, bu ölkədə təhsil, elm milli sərvət sayılır. Yaponiya təhsilinin özünəməxsus qaydaları var.

Publika.az bu ölkənin orta məktəbləri, təhsili ilə bağlı maraqlı faktları təqdim edir:

Yaponiyanın orta məktəblərində şagirdlər 4-cü sinifə qədər imtahan vermirlər. Uşaqlara bu mənada bir qədər müstəqillik verilib. Hesab edilir ki, 4-cü sinifə qədər təhsildə imtahan zəruri deyil.

Dünyanın əksər dövlətlərində uşaqlar məktəbi bitirəndə yaponlar özlərinin “1 sentyabr”ını qeyd edirlər. Bu ölkədə dərslər aprelin 1-də başlayır.

Yapon məktəblərində xadimə yoxdur. Hər bir sinif öz otağını özü təmizləyir. Müxtəlif yaşlı uşaqlar kollektiv şəkildə işləyərək sinif otaqlarını, koridorları, hətta tualetləri özləri təmizləyirlər.

Məktəblərdə standart yeməklər hazırlanır. Şagirdlər naharlarını müəllimlərlə birlikdə edirlər.

Dərslər zamanı uşaqlara yapon musiqisi və incəsənəti də öyrədilir.

Bu ölkənin bütün orta məktəblərində şagirdlər dərsə forma ilə gəlməlidirlər.

Məktəblərin böyük əksəriyyətində dərsə davamiyyət 99,9 faizdir. Yaponiyanın orta məktəbləri dünyanın ən güclü təhsil ocaqlarından biri sayılır.

Universitet illəri həyatın ən gözəl tətil illəri sayılır.

Anar Tağıyev








Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR