AZAL - "Kəpəz": start heyətləri - YENİLƏNİR

AZAL - "Kəpəz": start heyətləri -   YENİLƏNİR
15:47 16 Oktyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında VIII tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda AZAL “Kəpəz”i qəbul edəcək. Turnir cədvəlinin ikinci yarısında qərarlaşmış komandaların duelində qonaqlar ardıcıl qələbəsiz oyunlara son qoymaq üçün vuruşacaqlar. “Sumqayıt” “Qarabağ”a uduzduğu üçün qələbə gəncəliləri bir pillə irəli aparacaq. Tərlan Əhmədovun komandası isə mövsümdəki ilk qələbəsinin intizarındadı. “Təyyarəçilər” qalib gələcəkləri halda son pillədən qurtula bilməsələrdə, hərhalda xal ehtiyatı baxımdan irəli düşəcəklər.
 
Turun son oyununda isə Zirədə “Neftçi” eyniadlı komandanın qonağı olacaq. Mövsümün iki uğursuzunun dueli maraqla gözlənilir. Ötən il debüt mövsümündəcə gümüş medallara sahib olan Adil Şükürovun yetirmələri köhnə günlərin həsrətini yaşasa da, heç vaxt uduzmadığı “Neftçi” önündə qələbə qazanmağa iddialıdı. Çünki aşağı pillələrdən qurtulmağın tək yolu xal ehtiyatını artırmaqdı. Tarixinin ən uğursuz dönəmini yaşayan, antirekordları sıralamaqdan “doymayan” “ağ-qaralar” “Zirə” sindromunu qırmaq istəyindədi. Hadisələrin uğurlu axarında (“Kəpəz” “Zirə” ilə heç-heçə oynasa) 4-cü pilləyədək irəliləmək imkanı olan Elxan Abdullayevin yetirmələri sondan 2-ci yerdən uzaqlaşmaq üçün mübarizə aparacaq.
 
Qeyd edək ki, dünən "Qarabağ" "Sumqayıt"ı 3:0 hesabı ilə yenib, "İnter" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib - 1:1.

Premyer Liqa
2016/17 mövsümü
II dövrə, VIII tur

16 oktyabr
16.00 AZAL - Kəpəz
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 7. Kamal Mirzəyev, 10. Nuqzar Kvirtiya, 11. Ruslan Nəsirli, 14. İlqar Ələkbərov, 18. Ruslan Əmircanov, 21. David Canelidze, 24. Emin Cəfərquliyev (k), 77. Adan Koronado.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Qvanzav Maqomedov, 9. Röyal Nəcəfov, 15. Brayn Fok, 19. Elnur Süleymanov, 88. Mirzağa Hüseynpur, 95. Şirməmməd Məmmədov.
Baş məşqçi: Tərlan Əhmədov.
Kəpəz: 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 15. Azad Kərimov, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 36. Renan Silva, 77. Serjio Kosta, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 3. Şəfi Bağırov, 9. Tural Qürbətov, 16. Emin Zamanov, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Şaiq Həmidov.
“AZAL Arena”.
 
18.30 Zirə - Neftçi
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
Zirə İdman Kompleksinin stadion.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

8

6

2

0

20:1

20

2

İnter

8

4

4

0

13:8

16

3

Qarabağ

8

5

1

2

18:5

16

4

Sumqayıt

8

2

2

4

6:12

8

5

Kəpəz

7

1

4

2

6:8

7

6

Zirə

7

2

1

4

5:9

7

7

Neftçi

7

2

0

5

6:16

6

8

AZAL

7

0

2

5

3:18

2

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 7.


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azal-quotkpzquot-start-heytlri-t53384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR