"Özümü göstərə bilmədim"

"Özümü göstərə bilmədim"
15:47 16 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

"Fenerbahçe"nin böyük ümidlərlə transfer etdiyi ancaq uğursuzluğa düçar olan Miloş Krasiç İtaliya mətbuatına açıqlamalar verib.  

Goal.az xəbər verir ki, serb futbolçu "La Gazetta dello Sport"a "Yuventus"dan ayrıldıqdan sonra yaşadığı macəralarını danışıb:  

""Juventus"dan ayrıldıqdan sonra "Fenerbahçe"yə getdim. Böyük klubdur. İlk iki ay hər şey çox gözəl idi, amma sonra qasıq nahiyəmdən zədə aldım. O müddətdə kluba yeni transferlər edildi və daha sonra özümü heç cür göstərə bilmədim.   "Bastiya"dan qayıtdıqdan sonra "Fenerbahçe"da heyətdən kənarda qaldım və ikinci komanda ilə çalışdım. Daha sonra Polşaya gəldim. Burada həmişəki kimi cinah olaraq deyil, hücumun mərkəzində çıxış edirəm. Hər kəs məndən "peşmansan?" deyə soruşur. Bəli, bəzən bəzi məsələlərə görə peşmanlıq hissləri keçiriəm, amma yenə də xoşbəxtəm".

Hazırda karyerasını Polşanın Qdansk şəhərinin "Lexiya" komandasında davam etdirən Krasiç bu mövsüm forma geyindiyi 11 matçda 1 qol vurmağı bacarıb.   

31 yaşlı futbolçu 2012-ci ildə 7 milyon avro qarşılığında "Juventus"dan "Fenerbahçe"ya transfer olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR