"Bir yerdə yaşamırıq, sevgili deyilik" - Oksana

"Bir yerdə yaşamırıq, sevgili deyilik" - Oksana
16:19 16 Oktyabr 2016
201 Digər
Ölkə mətbuatı
A- A+

"Mobil operatorlardan biri insanlara mesajlar göndərir ki, "Oksana ilə Elşad barışdı? Bilmək istəyirsinizsə, filan qədər pul ödəyin". Camaat bizim üstümüzdən pul qazanır".

 

Axşam.az-ın məlumatına görə, bu sözləri rəqqasə Oksana Rəsulova "Xəzər maqazin"ə açıqlamasında deyib.

 

Sənətçi keçmiş həyat yoldaşı reper Elşad Xose ilə barışmaları haqda yayılan söz-söhbətlərə son qoyub:

 

"Bu düzgün deyil, bəsdirin. Biz onunla küsməmişik. Onun uğuru olanda mən paylaşıram. Məndə olanda o edir. Bizim aramızda "salam-sağ ol" var. Elşadla düşmən deyilik. Biz bir yerdə yaşamırıq, sevgili deyilik, bir araya gəlmirik. Amma biz doğmayıq. Hərə öz həyatı ilə məşğuldur. Yanıma kiminsə daxil olmasına icazə vermirəm. Yeni problemlər yaşamaq istəmirəm".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR