Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mafiyadan ŞOK TƏKLİF: Ayaqlarını sındıraq?

Mafiyadan ŞOK TƏKLİF: Ayaqlarını sındıraq?

Date: 16 October 2016 16:23

"Torino"nun hücumçusu Maksi Lopes italyan mafiyasından Mauro İkardiylə bağlı təklif alıb. Lopes İkardiylə yaxın dost olub. Ancaq həyat yoldaşı ona İkardiylə xəyanət edib. Lopes həyat yoldaşı ilə ayrıldıqdan sonra İkardi onunla evlənib.

Publika.az xəbər verir ki, bundan sonra italyan mafiyası Lopesə müraciət edərək, İkardiylə hesab çəkməyi təklif edib.

İki dəfə futbolçuya müraciət edən mafiya üzvləri İkardinin ayaqlarını sındırmağa hazır olduqlarını bildiriblər. Amma Lopes bu təklifi qəbul etməyib. Mafiya üzvləri qruplaşma rəhbərinin telefon nömrəsini Lopesə verərək, fikrini dəyişəcəyi təqdirdə zəng etməyi tapşırıblar.

Məlumata görə, bu hərəkətindən sonra İkardinin Argentina yığmasına çağırılmasına Messi qadağa qoyub.


Tags:  Mafiyadan ŞOK TƏKLİF Ayaqlarını sındıraq

RƏYLƏR


Top news