Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Kara sevda"nın çəkiliş məkanında gərgin anlar yaşanır

"Kara sevda"nın çəkiliş məkanında gərgin anlar yaşanır

Serialı erkən final etdi, "Kara sevda"ya keçdi (22 Mart 2017 18:57)

Tarix: 16 Oktyabr 2016 16:27

Burak Özçivitlə Neslihan Atagül arasındakı inciklik çəkiliş məkanını iki hissəyə bölüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Özçivitin verdiyi bir açıqlama aktyorlar arasındakı incikliyi alovlandırıb. Neslihanla öpüşmə səhnələri haqda suallara: "Kadir Doğulu dostumdur. Bizdə səhv hərəkət olmaz", - cavabını verən Burakın sözlərinə Doğulu sərt reaksiya verib. O, sosial şəbəkədə: "Nə qədər də özünə aşiq bir adamdır. Çox təhlükəlidir", - sözlərini yazıb. 

Bu mesajdan sonra Atagüllə Burak "Kara sevda"nın çəkiliş məkanında küsülü gəzirlər. Bir-biri ilə danışmayan aktyorlar yaradıcı heyətə də çətin anlar yaşadırlar. Serialdakı aktyorlar da iki hissəyə ayrılıblar. Bir qismi Burakın, digəri isə Neslihanın tərəfini saxlayır.

Milli.Az


Teqlər:  Kara sevdanın çəkiliş məkanında gərgin anlar yaşanır



RƏYLƏR


Top xəbərlər