"Azərbaycan millisində oynamaq iddiam yoxdur"

"Azərbaycan millisində oynamaq iddiam yoxdur"
16:47 16 Oktyabr 2016
124 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə bağlı maraqlı fikirlər səsləndirib. Azerisport.az saytına açıqlamsında o, bunları söyləyib:

"Prosineçki çox yaxşı məşqçidir. Ən əsası isə odur ki, oyunçular onu sevirlər. Bu, çox vacibdir. Robert həmyerlimdir. Amma bu, o demək deyil ki, Azərbaycan yığmasında oynamaqda iddialıyam. Bu barədə danışmaq çox tezdir. Çünki "Qəbələ"yə yenicə keçmişəm. Məni hazırda daha çox Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirəcəyimiz oyun narahat edir. Əvvəlki oyunlarda şanslardan yaxşı yararlana bilməmişik. Növbəti matçlarda uğur qazanmağımız lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR