Yeni baş nazirin adı məlum oldu

Yeni baş nazirin adı məlum oldu
15:36 5 Yanvar 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+

Uzun müddət siyasi böhranın davam etdiyi Tunisdə hökumət başçısı təyin edilib. Tunis parlamentinin spikerinin açıqlamasına görə, ölkənin yeni baş naziri postuna keçmiş daxili işlər naziri Həbib Essid seçilib.

ANS PRESS-in məlumatına görə, "Nida Tunis" partiyası tərəfindən namizədliyi irəli sürülmüş Həbib Essid daha əvvəl Tunisin keçmiş prezidenti Zeynəl Abidin ben Əlinin hökumətində çalışıb. 2011-ci ildə "Yasəmən inqilabı"ndan sonra isə daxili işlər naziri postunu tutub. Yaxın vaxtlarda Həbib Essidin Tunisin yeni Nazirlər Kabinetini formalaşdıracağı gözlənilir.

Tunisin keçmiş baş naziri Beci Kaid əs-Sebsi isə prezident seçkilərinin ikinci turunda qalib gəldikdən sonra dekabrın 31-də prezident kürsüsünə əyləşib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR