Ağstafada avtoqəza olub, 3 nəfər xəsarət alıb

Ağstafada avtoqəza olub, 3 nəfər xəsarət alıb
17:17 16 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ / Bakı-Qazax avtomagistralının Ağstafa rayonundan keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
"Report"un müxbiri xəbər verir ki, "Niva" və "VAZ 21-07" avtomobilləri toqquşub.
Hadisə nəticəsində Qazax rayon sakinləri - 35 yaşlı Anar Şıxlınski, 32 yaşlı Pərviz Yusifov və 27 yaşlı Ağstafa rayon sakini Aqil Böyükişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/agstafada-avtoqeza-olub-3-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR