Əlibəylidə erməni tələsi - FOTO

Əlibəylidə erməni tələsi - FOTO
17:47 16 Oktyabr 2016
266 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunun cəbhə kəndi Əlibəylidə sakinlərin həm iribuynuzlu, həm də xırda buynuzlu heyvanları düşmənin qurduğu tələyə düşüb.

ARB Kəpəz xəbər verir ki, Ötən gün dumanlı çiskinli havada Fatma Əliyeva inəyi örüşə buraxıb, bir neçə dəqiqə sonra isə güclü partlayış səsi eşidilib.

Mal-qara sahibi heyvanların otladığı əraziyə baxanda isə iribuynuzlunun minaya düşərək məhv olmasına şahidlik edib. Eyni vəziyyət bir neçə gün öncə zərərçəkənin qonşusu Sevil Hüseynovanın da başına gəlib. Kənd sakinin 3 baş iribuynuzlu heyvanı,10-a yaxın isə qoyun-quzusu minaya düşüb. Sakinlər bildirirlər ki, isti yay günlərində qəsdən yanğınlar törədən düşmən otlaq sahələrini yararsız hala salıb. Hazırkı dövürdə isə mal-qara qida üçün dağlıq əraziyə, düşmənin minalı  sahələrinə doğru  istiqamət alır ki, bu da sonda heyvanların ölümü ilə nəticələnir.     

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/479871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR