Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qısa saç kəsimi sizə yaraşırmı?: ELMİ İZAHI

Qısa saç kəsimi sizə yaraşırmı?: ELMİ İZAHI

Date: 16 October 2016 17:48

Bütün xanımlar yaxşı bilir ki, uzun saçlar qadının ən gözəl bəzəyidir. Lakin ya dəyişiklik xətrinə, ya da digər səbəblərdən uzun saçları qısaltmaq gec-tez hər bir qızın ağlına gəlir. Xüsusilə də sanki ulduzlar əlbir olub qısa saç stilini gündəmə gətirəndə bu dəblə ayaqlaşmaq istəyənlərin sayı durmadan artır.

Sözsüz ki, uzun saçlarla vidalaşmaq üçün eksperimentlərə müəyyən mənada hazır olmalısan. Qızların çoxunun uzun saç düzümünə üstünlük verməməsinin səbəbi, qısa saç düzümünün onun üz quruluşuna yaraşmaması ilə bağlıdır. Yaxud da belə saçların daha çox vaxt və qulluq tələb etməsidir. Problemin digər səbəbi isə daha çox psixoloji amillərlə bağlıdır. Qızların çoxu bu qənaətdədir ki, qadının ən güclü silahı uzun saçlarıdır. Məsələ ondadır ki, qadınlar məhz uzun tellərin sayəsində kişinin diqqətini cəlb etməyə və onu özünə aşiq edə biləcəyini düşünür.

Bu stereotip nədəsə hələlik qalib gəlir. Məsələn, kişi jurnallarının çoxunda siz qısa saçlı modellərə demək olar ki, rast gəlməyəcəksiniz. Bununla bərabər, qısa saç stili sizə yaraşırsa, üz cizgilərinizi gözəl göstərirsə, heç bir kişi bunun əleyhinə fikir bildirməz. Axı Odri Hepbern, Enn Heteuey, Tviqqi, Şarliz Teron, Emma Stoun və digər qısa saçlı ulduzların gözəl görünmədiyini deməyə haqqımız yoxdur.

Saçları kəsdirməzdən əvvəl hamı onun yaraşıb-yaraşmadığı ilə maraqlanır. Müxtəlif proqramlar vasitəsi ilə virtual olaraq yeni saçın yaraşdığını müəyyən etmək mümkündür. Təəssüf ki, belə proqramların tətbiqi hər zaman uğurlu alınmır. Biz isə saçlara qulluq sənayesində tanınmış mütəxəssis Con Fridinin məsləhətinə əməl etməyi məsləhət görürük. Publika.az xəbər verir ki, Con Fridinin hesab formulu ilə uzun saçın sizə yaraşıb-yaraşmadığına dair dəqiq nəticə əldə edəcəksiniz.

Bunu hesablamaq üçün sizə yalnız xətkeş və karandaş lazımdır. Profildən güzgüyə tərəf durun, karandaşı üfüqi istiqamətdə çənəyə qoyun, xətkeşi isə qulağın düz altına qoyub çənə ilə aradakı məsafəni ölçün.

Əgər məsafə 5,7 santimetr və daha azdırsa, siz cəsarətlə saçınızı qısa kəsdirə bilərsiniz. Qısa saç sizə mütləq yaraşacaq. Əgər məsafə uzundursa, qısa saç eksperimenti çox güman ki, sizdə uğurlu alınmayacaq.

Aşağıdakı fotolara baxanda Con Fridi ilə razılaşmamaq mümkün deyil. O, həqiqətən universal, sadə və dahiyanə formul hazırlayıb. Amma nəzərə alın ki, şəxsi arzu və istəkləriniz bütün formullardan daha vacibdir. Nəticə etibarı ilə əfsanəvi stilistin qanunu sərt olsa da, onu həmişə pozmaq olar.

Aytən





Tags:  Qısa saç kəsimi sizə yaraşırmı ELMİ İZAHI

RƏYLƏR


Top news