Sabah güclü yağış yağacaq

Sabah güclü yağış yağacaq
18:16 16 Oktyabr 2016
450 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda oktyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 7-9° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-7° isti, gündüz 14-19° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında yağış yağacağı, arabir leysan xarakterli intensiv olacağı gözlənilir. Sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 6-9° isti, gündüz 9-12° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında yağış yağacağı, arabir leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının güclü olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5°, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 7-10° isti, gündüz 10-14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağış yağacağı, arabir leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi yerlərdə yağışın güclü olacağı, dağlıq rayonlarda sulu qara keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 10-13° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-9° isti təşkil edəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR