Qaziantepdə daha bir "canlı bomba" partladı

Qaziantepdə daha bir "canlı bomba" partladı
18:33 16 Oktyabr 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyənin Qaziantep şəhərində növbəti antiterror əməliyyatı keçirilib.

Publika.az xəbər verir ki, şəhərin Burak məhəlləsində bir binada İŞİD terror təşkilatının Qaziantep rayonu üzrə məsul şəxs olan, rayonda terror aktlarını planlaşdıran və canlı bomba hücrələrini idarə edən Mehmet Kadir Sabel zərərsizləşdirilib. Terrorçu qaçmaq şansı olmadığını görərək üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları arasında tələfat, yaralı olub-olmadığı barədə hələ açıqlama verilməyib.

M. K. Sabelin həyat yoldaşı və iki övladı sağ yaxalanıb.

Qeyd edək ki, bu gün səhər Qaziantep şəhərində Qaziantep Universiteti qarşısındakı küçədə evlərdən birində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 3 polis şəhid olub, 4 suriyalı olmaqla, 8 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR