Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ şahmatçısı İranda keçiriləcək dünya çempionatında iştirakdan imtina edib

ABŞ şahmatçısı İranda keçiriləcək dünya çempionatında iştirakdan imtina edib

Date: 16 October 2016 18:42

Gürcüstan əsilli ABŞ vətəndaşı, şahmatçı Nazi Paikidze-Barns İranda keçiriləcək dünya çempionatında iştirakdan imtina edib.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, o, bu addımını İranda qadın haqlarının tapdanması ilə əsaslandırıb.
İnformasiyaya görə, Beynəlxalq Şahmat Federasiyası (FİDE) cari il oktyabrın əvvəlində qadınlar arasında şahmat üzrə dünya çempionatının 2017-ci ilin fevralında Tehranda keçiriləcəyini elan edib.
Məlumata əsasən, FİDE qadınların İrandakı qaydalara əməl edəcəkləri ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlığa görə, şahmatçı qadınlar İranda olduqları müddətdə başlarını örtməlidirlər.
Xəbərdə bundan qrəbdəki bir çox idmançı hiddətlənsə də yalnız Nazi Paikidze yarışda işçtirakdan inmtina etdiyini bildirib.
Gürcüstan əsilli şahmatçını 16 min nəfər dəstəkləyərək, imza toplayıb. Onlar bildiriblər ki, bununla İran dünya çempionatının əsas prinsipini pozur.
İnformasiyada bildirlib ki, dünyanın bir çox məşhur şahmatçısı FİDE-yə müraciət edərək, qərarını dəyişməsini və birinciliyin başqa ölkədə keçirilməsinin tələb ediblər.
Qeyd edək ki, Nazi Paikidze-Barns 1993-cü ildə Rusiyanın İrkutsk şəhərində anadan olub. Nazinin 4 yaşı olanda o, ailəsi ilə birlikdə Tbilisiyə köçüb. O, 6 yaşında olarkən peşəkar məşqçidən təlim almağa başlayıb. 2003-cü ildə Gürcüstanı təmsil edən şahmatçı ilk beynəlxalq turnirin qalibi olub. 18 yaşında ABŞ-ə gedib və orada Merilend Universitetinə daxil olub. 2012-ci ilə şahmat üzrə tələbələrin yığma komandasında çıxış edib. Onlarla uğurlu çıxışdan sonra o ABŞ-ın milli komandasına çıxş etməyəy başlayır.
Paikidze yeniyetmələr arasında iki dəfə dünya, 4 dəfə Avropa çempionu olub.
Məlumata əsasən, Nazi hazırda amerikialı mühəndis əri Qreqor Barnsla birlikdə ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində yaşayır. 

Milli.Az


Tags:  ABŞ şahmatçısı İranda keçiriləcək dünya çempionatında iştirakdan imtina edib

RƏYLƏR


Top news