Finnair də öz təyyarələrinə Samsung Galaxy Note 7 smartfonlarının keçirilməsini qadağan edib

Finnair də öz təyyarələrinə Samsung Galaxy Note 7 smartfonlarının keçirilməsini qadağan edib
18:42 16 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ / Finlandiyanın milli aviaşirkəti Finnair də öz təyyarələrinə Samsung Galaxy Note 7 smartfonlarının keçirilməsini qadağan edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, şirkət sentyabrın əvvəlində bu smartfonların təyyarələrdə istifadəsi və ya enerjiyə qoşulmasını qadağan etmişdi. Həmin vaxt Samsung Galaxy Note 7 söndürülmüş vəziyyətdə aparmağa icazə verilirdi.
“15 oktyabr 2016-cı il tarixdən etibarən isə təhlükəsizlik tədbirləri baxımından aviaşirkətin müştərilərinə Samsung Galaxy Note 7 smartfonlarını əl baqajında aparmağa icazə verilmir”, - şirkətin bu gün yaydığı məlumatda deyilir.
Qeyd edək ki, analoji qərarı bu günlərdə Amerika aviaşirkətləri də tətbiq ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/finnair-de-oz-teyyarelerine-samsung-galaxy-note-7-smartfonlari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR