Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Abdel Fəttah as-Sisiyə sui-qəsd planı ilə bağlı istintaq başlayıb

Abdel Fəttah as-Sisiyə sui-qəsd planı ilə bağlı istintaq başlayıb

Əbdül Fəttah əs-Sisi ilk dəfə ABŞ-a səfər edəcək (19 Mart 2017 05:54)

Tarix: 16 Oktyabr 2016 19:37

Misir Baş Prokurorluğu ölkə prezidenti Abdel Fəttah as-Sisiyə qarşı planlaşdırılan sui-qəsd  cəhdi və Qahirədə kütləvi iğtişaşa hazırlıqla bağlı cinayət işi açıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi Aparatı dövlət başçısı da daxil olmaqla, yüksək vəzifəli şəxslərin terror təşkilatı tərəfindən öldürülməsi planı barədə əməliyyat-axtarış tədbirlərinin nəticələrini təqdim edib və istintaq başlayıb.
 
Terror aktının həyata keçirilməsi üçün minalanmış avtomobillərdən istifadə edilməsinin planlaşdırıldığı üzə çıxıb. İstintaqla bağlı digər məqamlar barədə məlumat verilməyib.

Milli.Az


Teqlər:  Abdel Fəttah as-Sisiyə sui-qəsd planı bağlı istintaq başlayıb



RƏYLƏR


Top xəbərlər