Xəstəxanada yatan Şahin Zəkizadənin xanımı nankor dostlarından danışdı - FOTO

Xəstəxanada yatan Şahin Zəkizadənin xanımı nankor dostlarından danışdı - FOTO
19:42 16 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Qanköçürmə xəstəxanasında xərçəng diaqnozu ilə müalicə olunan tanınmış rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə nankor dostlarından şikayət edib.

Milli.Az publika.az-a istinadən bildirir ki, rejissorun həyat yoldaşı Səbinə Zəkizadə instaqram səhifəsində dostlarının düşmən çıxdığını etiraf edib.

"Dost bildiklərim düşmən imişlər. Düşmən üzlü bildiklərim isə dost imiş, arxamda nə işlər çevirirlərmiş... Elə bilirlər ki, heç nədən xəbərim yoxdur. Tanımadığım insanlardan daha çox diqqət və maraq gördüm. Tanıdıqlarımın isə bir salamı belə gəlmədi. Həyat yoldaşımın səhhəti ilə maraqlanan və dua edən hər kəsə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Amma sabah üçün hər kəsdən daha çox dua istəyirəm. İnşallah bu ağır günləri geridə qoyarıq. Şahin üçün dua edin. Hər kəsə minnətdaram, Allah ailələrinizi övladlarınızı qorusun. Amin!"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/479875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR